Maraqlı

Tanınmış tennisçi 40-a çatdı

27 Sentyabr 2021 10:04
0 Şərh     Baxış: 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış tennis ustası Serena Uilyamsın 40 yaşı tamam olub.

Amerikalı idmançı karyerası ərzində 23 dəfə "Böyük dəbilqə" seriyalı turnirlərin qalibi olub. Bu göstəricidə o yalnız avstriyalı Marqaret Kortdan cəmi bir titul geri qalır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Serena dörd "Böyük dəbilqə"ni iki dəfə ardıcıl qazanan nadir tennisçilərdəndir. Yalnız almaniyalı Ştefi Qraf üç dəfə böyük dördlüyün ardıcıl şəkildə qalibi olmağı bacarıb.

Uilyamsın kolleksiyasında dörd Olimpiya qızılı da var. Onlardan biri tək, qalanları isə cütlüklərin yarışlarında əldə olunub

Bununla yanaşı, Uilyams bacılarının kiçiyi olan Serena 319 gün ərzində fasiləsiz olaraq dünya tennisçiləri reytinqinə başçılıq edib ki, bu da sayca üçüncü ən uzunmüddətli göstəricidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.