Maraqlı

Sürücülər 93 min manat maaşa işləmək istəmir - SƏBƏB

24 Sentyabr 2021 19:18
0 Şərh     Baxış: 1 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada yük maşını sürücülərinin qıtlığı yaranıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu qıtlıq bir sıra sahələrdə böhran yaradıb.

Hətta BP daşınma probleminə görə bəzi yanacaqdoldurma məntəqələrini bağlamaq məcburiyyətində qalıb.

Süpermarketlər məhsul tədarük edə bilmirlər, rəflərdə boşluq hiss olunur.

Qeyd edək ki, ağır yük maşınlarının sürücüləri hazırda 40 min sterlinqə qədər əmək haqqı alır (93 min manatdan çox). Son bir ildə bu sahədə əmək haqları 30% artırılıb.

Yüksək əmək haqqlarına baxmayaraq, yaranan işçi çatışmazlığı bir neçə səbəblə əlaqələndirilir.

Böyük Britaniyanın Avropa Birliyindən çıxması əmək bazarında elastikliyin itməsinə səbəb olub. Digər mühüm səbəb isə pandemiya kompensasiyalarının işçiləri "tənbəlləşdirməsi"-dir.

Belə ki, karantin tədbirləri ilə əlaqədar olaraq hökumətdən dəstək alan sürücülər artıq işə qayıtmaq istəmirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.