Maraqlı

Aktrisa ölümdən döndü

19 Sentyabr 2021 16:37
0 Şərh     Baxış: 1 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aktrisa İrem Helvacıoğlu karyerasının ilk aylarında başına gələn hadisəni danışıb.

Milli.Az Axşam.az-a istinadən xəber verir ki, aktrisa çəkiliş zamanı baş verənlərə görə ölümdən qayıtdığını bildirib. İrem həmin anları belə ifadə edib:

"Bir səhnədə mənə iynə vurulmalı idi. Heyət saxta iynə tapa bilməmişdi. Onun əvəzində isə içində çay olan gerçək iynədən istifadə etdilər. Tərəf müqabilim onu qoluma vururmuş kimi etməli idi. Amma gödəkcənin yerinə iynə dərimə girdi və çayın hamısı qoluma vuruldu. Birdən qolum şişdi, xəstəxanaya getdik. Həkimlər dedi ki, iynə bir az da dərinə girsəydi ölə bilərdim".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.