Böyrək çatışmazlığı xəstələrində aşağıdakı ümumi əlamətlər özünü göstərir:
- baş ağrıları
- baş gicəllənmə
- süstlük
- ürəkbulanma
- öyümə
- qusma
- ödemlər
- pozulmuş sidik ifrazı.
Bunlardan başqa böyrək çatışmazlığı xəstənin daxili orqanlarında da bəzi patoloji əlamətlərlə özünü biruzə verir:
Tənəffüs orqanları:
Xəstələrdə təngnəfəslik və asidoz özünü göstərir. Ağciyərlərdə azot mübadiləsinin son məhsulları yığılır və durğunluq əmələ gəlir ki, bu da ağır dəyişikliklərə səbəb olur. Rentgenoqrammada ağciyərlərin kökündə kəpənək qanadlarına oxşayan kölgə görünür ki, bu da uremik ağciyər adlanır. Xəstəliyin ağır hallarında plevraya su yığılır, bəzi xəstələrdə pnevmoniya inkişaf edir.
Ürək.
Böyrək çatışmazlığı zamanı ürəyin vəziyyəti arterial təzyiqin səviyyəsindən asılı olur. Böyrək çatışmazlığı xəstələrində arterial təzyiq digər xəstəliklər zamanı baş verən təzyiqdən ağır formada olur. Bunun nəticəsində ürək əzələsinin hipertrofiyalaşması baş verir ki, bu da miokardın distrofiyası və ürək ritminin pozulmasına səbəb olur. İlk əvvəllər ürəkdöyünmə, təngnəfəslik və ürək astması baş verir. Tədricən ürək səbəbli qaraciyər böyüyür və ayaqlarda ödemlər əmələ gəlir. Belə xəstələr ən çox ürək çatışmazlığından ölürlər. Xroniki böyrək çatışmazlığı xəstələrində perikardit əmələ gəlir ki, bu da hemodializlə müalicə olunmadıqda 2-3 həftə ərzində xəstənin ölümünə səbəb olur.
Mədə-bağırsaq sistemi.
Xroniki böyrək çatışmazlığı xəstələrində stomatit, parotit, qastrit, enterit, kolit və uremik psevdoperitonit müşahidə olunur. Xəstələrin dili quru, üstü qəhvəyi ərplə örtülmüş olur. Ürəkbulanma, qusma, iştahsızlıq, ağızda pis qoxunun olması belə xəstələr üçün xarakterik sayılır.
Sümük-oynaq sistemi.
Kalsium-fosfor mübadiləsinin pozulması nəticəsində böyrək çatışmazlığı xəstələrinin sümük-oynaq sistemində ağır dəyişikliklər baş verir. D vitamininin büzüşmüş böyrəklərdə aktiv formaya keçə bilməməsi nəticəsində kalsiumun bağirsaqlardan qana sorulması prosesi pozulur. Xroniki böyrək çatışmazlığı zamanı mədə-bağırsaq sistemi vəziləri bədəndəki zəhərlənməni aradan qaldırmaq məqsədilə çoxlu miqdarda azot mübadiləsinin son məhsullarını ifraz edirlər. Bu da mədə-bağırsaq sistemi üzvlərinin selikli qişalarının zədələnməsinə səbəb olur.
Sinir sistemi.
Böyrək çatışmazlığı xəstələrinin sinir sistemində və psixi fəaliyyətində baş verən dəyişikliklər hıçqırma, hipotermiya, əzələdə qıcolmalar, psevdotetaniya, süstlük, yuxululuq, koma şəklində təzahür edir.
Dəri.
Xroniki böyrək çatışmazlığı xəstələrinin dərisinin rəngi avazımış, sarımtıl, yaxud qəhvəyi torpaq rəngində quru və elastikliyini itirmiş olur. Dərid qaşınmalar baş verir ki, bu da dəridə dırnaq cızması izlərinin olmasına səbəb olur. Bəzən dəridə müxtəlif yaralara, allergik səpgilərə rast gəlmək olur.
Milli.Az
Maraqlı
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Böyrək çatışmazlığı zamanı daxili orqanların vəziyyəti
21 Sentyabr 2021 08:01
0 Şərh
Baxış: 780

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident təqaüdçüləri hansı universitetlərdə oxuyurlar? - SİYAHI
-
Bu 4 bürc üçün həftəsonu dolu-dolu keçəcək - Sən də onlardan birisənmi?
-
Avropa hərbi startda: qitə hamının qorxduğu böyük müharibəyə hazırlaşır
-
Rubl və avro bahalaşdı - Dollar isə bu qiymətə satılır - RƏSMİ
-
“Barselona” darmadağın oldu
-
Partlayış səsləri eşidiləcək - XƏBƏRDARLIQ
-
Elnarə dəyişib belə oldu - FOTO
-
Həkim açıqladı: Uçuğu başlamadan dayandırmq mümkündür
-
Beş bürcü həyatlarının ən uğurlu həftəsi gözləyir
-
Pendiri indiyə kimi səhv yeyirmişik – mütəxəssislər xəbərdarlıq edir
-
Oktyabrda böyük sevgi yaşayacaq 3 BÜRC
-
Səhər yeməyini bu saatda etmək ömrü uzadırmış: Tədqiqatlar təsdiqlədi
-
Öskürək siropu faciəsi: 11 uşaq öldü, həkim saxlanıldı
-
Bu siqnallar infarktdan xəbər verə bilər – Qadınlar xüsusilə diqqətli olmalıdır
-
Xroniki ağrının "səsi" necə kəsilir? Alimlər bədəndə ağrını söndürən təbii mexanizm tapdılar
-
Ağartı məhsulu yeyə bilməyənlər oxusun
-
Bəzi göbələklərdə olan zəhərlər, ilan zəhərindən təhlükəlidir?
-
Xəyanət edənlər tez ölürmüş: monoqam münasibət ömrü uzadır - alimlər açıqladı
-
Şirvanda bacı və qardaş bıçaqlandı
-
Magistratura imtahanlarının keçirilməsində dəyişiklik ola bilər - VİDEO
-
Dələduzların növbəti oyunu: İşbazların toruna düşməmək üçün ekspert tövsiyəsi
-
Bal və kişimş möcüzəsi: Quru öskürəyi kəsir, qıcıqlanmanı aradan qaldırır
-
Günün qoroskopu: Bugün ilk addımı ata bilərsən
-
Hər səhər zəngli saatı yubadanlara xoş xəbər: Faydası böyük imiş