Maraqlı

Zəli ilə peyvəndi bədəndən təmizləmək mümkündür? - Professordan açıqlama - FOTO

14 Sentyabr 2021 18:54
0 Şərh     Baxış: 1 659
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə tibb bacısının "Twitter" üzərindən etdiyi paylaşım müzakirələrə səbəb olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, tibb bacısı bildirib ki, peyvəndlənəndən sonra vətəndaşlardan biri bədənindən peyvəndi təmizləmək üçün qoluna zəli yapışdırıb.

Bu barədə açıqlama verən professor Güner Sönmez bildirib ki, peyvəndi bədəndən çıxarmaq üçün zəlidən, hacamatdan və bir çox üsullardan istifadə edilir:

"Peyvəndi bu cür formada bədəndən çıxarmaq mümkün deyil. İzləyicilərimdən biri bu barədə mənə bildirmişdi. O demişdi ki, bir nəfər yüksək məbləğ qarşılığında peyvəndin bədəndən çıxması üçün qarışıq hazırlayır. Bunların hamısı pul tələsidir".

Professor əlavə edib ki, peyvəndin təsirini azaltmaq belə mümkün deyil:

"Bu cür şeylərlə özünüzü ancaq aldada bilərsiniz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.