Ayaq dərisinə qulluq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Buynuz təbəqənin daha tez inkişaf etməsinə görə ayaqların dərisi də tez quru olur, daban hissədə isə qalınlaşır. Məhz buna görə də ayaqların dərisinə qulluq edilməsi əl və üz dərisinə qulluq edilməsi qədər vacibdir.
Ayaqlara kompleks qulluq edilməsinin ən effektiv və xoşagələn prosedurası - isti vannadır. Təmizləmə prosedurası üçün hər 1 litr suya 1-2 çay qaşığı soda və 1 xörək qaşığı duş geli qarışdırılır və ayaqlar 15-20 dəqiqə ərzində bu suda qalır. Ayaqlara tonuslandırıcı vanna edilməsi üçün bir ovuc dəniz duzunu 3 litr ilıq suda həll etmək lazımdır. Ayaqlarda şişkinlik və yorğunluq olduqda, ot dəmləmələri ilə olan vannalar (çobanyastığı, kalendula, gicitkən, dazıotu çiçəklərinin hər birindən 2 xörək qaşığı 2 litr su ilə dəmlənir), həmçinin kontrast vannaların (növbə ilə ayaqları 5 dəqiqə isti və 5 dəqiqə soyuq suda saxlamaq) qəbul edilməsi xeyirlidir. Vannadan sonra ayaqlara ayaq üçün xüsusi krem vurmaq lazımdır. Krem ayaqlara yalnız aşağıdan yuxarıya doğru olan hərəkətlərlə vurulur. Həftədə 1 dəfədən az olmayaraq dabanlarda olan artıq dərini xüsusi yonucu ("pilka") və skrabın köməyi ilə təmizləmək lazımdır.
Əgər sizi ayaqların artıq dərəcədə tərləməsi narahat edirsə, bundan xilas olmaq üçün şam ağacının iynəyarpaqları, palıd qabığı, tozağacı, adaçayı və lavanda yarpaqlarından hazırlanan dəmləmələrdən istifadə etməklə ayaq vannaları qəbul etmək olar. Vannaları 10-15 dəqiqə ərzində hər axşam yatmamışdan əvvəl etmək lazımdır. Sonra ayaqları dəsmalla qurutmaq və talk və ya uşaq üçün olan səpmə toz ("prisıpka") vurmaq lazımdır. Həmçinin evdən çıxmamışdan qabaq ayaqlara və ayaqqabıların içərisinə iyi yox edən və tərləmənin qarşısını alan xüsusi sprey-dezodorant vurmaq məsləhətdir. Ayaqların tərləməsi zamanı mütləq həkim-dermatoloqa müraciət edin.
Yaxşı pedikür ayaqlara qulluğun mühüm hissəsi hesab edilir. Ayaq dırnaqlarını, onların dərinin içərisinə girməsinin qarşısını almaq üçün, dairəvi formada kəsmək olmaz, onları yalnız düz xətt boyunca kəsmək lazımdır. Manikür kimi, pedikür də kəsilən (kutikulanın kəsilməsi ilə) və kəsilməyən olur. Kəsilməyən pedikürdə kutikulanın üzərinə onu əridən xüsusi kosmetik vasitə vurulur. Pedikürün bu üsulu daha təhlükəsizdir. Əgər siz salonda pedikür etdirirsinizsə, alətlərin sterilizasiya olub-olmamasına xüsusi diqqət yetirin ki, qanla keçən qorxulu infeksiyalardan (hepatitlər, QİÇS) qorunmalı olasınız. Bu alətlər hər kliyentdən (!) sonra avtoklav adlanan xüsusi aparatda sterilizasiya olunmalıdır. Amma yaxşısı budur ki, özünüzə ayrıca pedikür üçün lazım olan alətləri alasınız.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
XƏBƏR LENTİ
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)





