Maraqlı

"KamAZ" hidrogenlə işləyən avtobus təqdim edib

9 Sentyabr 2021 21:15
0 Şərh     Baxış: 878
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın "KamAZ" şirkəti "Comtrans-2021" sərgisində hidrogenlə işləyən avtobus təqdim edib.

TED.az-ın məlumatına görə, 6 hidrogen balonu ilə təchiz olunan avtobusun sürəti saatda 80 kilometrədək çatacaq.

Sıxılmış hidrogen ehtiyatı avtobusun 250 kilometr məsafə qət etməsinə imkan verəcək. Bu, adi elektrobuslardan 180 kilometr daha çoxdur.

Qeyd olunur ki, Moskvada "hidrobus"un sınaqları 2022-ci ildə keçiriləcək. Avtobusun sərnişin tutumu 80 nəfərədək çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.