Antalyada oğlunda aqressiya və özünə qapanma hiss edən ana gitaranın içinə gizli kamera qoymaqla bəzi şeyləri dəqiqləşdirə bilib.
Milli.Az haberler.com-a istinadən xəbər verir ki, bununla oğlunun əsl dərdini müyyən edə bilib. Belə ki, oğlunun narkotik istifadə etdiyini təyin edən ana bildirib ki, 18 yaşlı oğıu günün çox hissəsini yatmaqla keçirib. Oğlunun etirazına baxmayaraq kadrları izləyən ana problemin həlli üçün mütəxəssislərə müraciət edib. "Onsuz da oğlumla dost kimiyəm. Ona səhv etdiyini dedim" deyə qadın bildiib. Oğlu isə anasının bu hərəkətindən şoka düşdüyünü deyib.
Kamran Seyidov
Milli.Az