Maraqlı

Apple təkmilləşdirilmiş Face ID texnologiyası üzərində çalışır

31 Avqust 2021 21:20
0 Şərh     Baxış: 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti Face ID texnologiyasının təkmilləşdirilməsi üzərində çalışır. Beləliklə yeni nəsil Face ID sensorları hətta qoruyucu maska və gün eynəyi taxmış istifadəçini də təyin edə biləcək. Təkmilləşdirilmiş skan alqoritmi iPhone 13 modellərinin əsas özəlliklərindən biri ola bilər. Məlumatda qeyd edilib ki, yeni Face ID versiyasının test olunması üçün Apple xüsusi keys hazırlayıb və həmin keysi iPhone 12 ilə birlikdə istifadə etmək olar. Apple şirkətinin bu cür test üsulunun səbəbi isə odur ki, o, təqdimatdan öncə iPhone 13-ün dizaynının sızdırılmasından qorxur.

Ortaya çıxmış fotoda məhz yeni Face ID versiyasının yerləşdiyi keys əks olunub. Güman olunur ki, sözügedən Face ID versiyası iPhone 12-də istifadə olunan versiyadan daha təkmilləşmiş səviyyədədir. Yeni Face ID versiyasının əsas özəlliyi isə ondan ibarət olacaq ki, o hətta qoruyucu maska və gün eynəyindən istifadə edən istifadəçini də təyin edəcək. Bu isə hal hazırki pandemiya vəziyyətində çox aktualdır. Bununla belə yeni Face ID versiyasının bu cür özəlliyə sahib olacağı halda istifadəçinin skan prosesi zamanı Apple Watch-dan istifadə etməsinə ehtiyac olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.