Ən dadlı dana əti bir yaşına çatmamış və yaxşı bəslənmiş dananın əti hesab olunur. Dana əti çox dadlı və zərif olur. Süd, ot və samanla bəslənmiş körpə dananı ətinin dadından doymaq mümkün deyil. Belə ətin üstündə zərif piy təbəqəsi olur ki, bu ətin dadını daha da artırır. Körpə dananın əti tünd çəhrayı rəngdə olur. Ən bahalı dana əti süd və otla qidalanan, ən ucuz dana əti isə fermalarda süni yollarla bəslənən danaların əti hesab edilir.
Körpə dananın ətindən müxtəlif yeməklərin bişirilməsində istifadə edilir. Ən çox da yemək bişirilərkən erkək dananı ətinə üstünlük verilir. Dana ətindən hazırlanan delikates ən dadlı delikates hesab edilir.
Necə seçməli?
Körpə dana əti tünd və solğun çəhrayı rəngə olur. Dana ətinin üstü nazik yağ təbəqəsi ilə örtülür. Təbii üsullarla bəslənmiş dananın onurğa iliyində qırmızı ləkələr olur. Ən yaxşı dana ətini təyin etmək üçün onu barmaqla basmaq lazımdır. Bu zaman barmağı götürdükdən sonra tez bir zamanda ət əvvəlki halına dönərsə, o zaman o təzədir. Barmaq basılan nahiyənin əvvəliki hala gec gəlməsi ətin köhnəliyinin göstəricisidir.
Necə saxlamalı?
Körpə dana ətini soyuducunun alt gözündə 2 gün, dondurucuda isə uzun müddət saxlamaq mümkündür.
100 qram körpə dana ətinin qida dəyəri:
- Zülallar - 19,7 qr
- Yağlar - 2 qr
- Su - 78 qr
- Kalori - 96, 8 kKal.
Dana ətinin tərkibi lipid və proteinlərlə zəngindir. Onun tərkibində çoxlu vitaminlər və minerallar var. Dana əti orqanizm üçün ən faydalı ət hesab edilir. Onun xüsusi özəllikləri var. Dana ətində PP, B1, B2, B6, B9 vitaminləri, maqnium, kalium, kalsium, nartium, dəmir, fosfor var. Dananın qaraciyərində olan dəmir orqanizm üçün çox faydalıdır. Dana ətinin enerji dəyəri çox yüksəkdir. O orqanizm tərəfindan asan sorulur və həzm şirəsinin aktiv ifrazını stimulyasiya edir. Dana əti yağsız ət hesab edilir və dietoloqlar tərəfindən məsləhət görülən qidalar siyahısına daxildir. Dana əti pəhriz saxalayanlar, təzyiqi olanlar, şəkərli diabet xəstələri, anemiyadan əziyyət çəkənlər üçün əla qida vasitəsi hesab edilir. Böyrək daşı və infarkt xəstəliyindən əziyyət çəkənlərə də dana əti yemək tövsiyə edilir. Sağlığının qayğısına qalan adamlar həmişə dana ətini yeməyə üstünlük verirlər.
Kulinariyada
Dana əti bir çox Avropa ölkələrində, Qafqaz ölkələrində mətbəxlərin ən sevimli qidalarından sayılır. Onun suda bişirilmişindən və qızartmasından istifadə edilir. El arasına dana ətindən hazılanan basdırmanın dadı ləzzətli olur. Onun bolyonu orqanizm üçün çox faydalıdır. Dana ətinin xolesteronundan qorxanlara onu qaynamağa başlayandan 5 dəqiqə sonra suyunu dəyişməyi tövsiyə edilir. Mal ətini bişirən zaman qazanın qapağını tam örtmək məsləhət görülür. Qaynayan mal ətinin kəfini yığmaq məsləhət görülmür. Onun tərkibinbdə faydalı zülallar var.
Dana ətinin zərərli xüsusiyyətləri
Dana əti orqanizm üçün çox faydalı olsa da onun da zərərli xüsusiyyətləri vardır. Dana ətinin tərkibində zərərli xolesterin, yağlar və sərt qida lifləri yoxdur. Dana əti mədə turşuluğunun artmasına səbəb olmur. Onun ən zərərli xüsusiyyəti bişirilən zaman tərkibində olan azot birləşmələrinin bulyona daxil olmasındadır. Qidalanma zamanı isə onun bulyonundan istifadə eləmədikdə orqanizmə heç bir ziyan dəymir. Nadir hallarda dana əti allergiya reaksiyalarımım meydana çıxmasına səbəb olur.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dana ətinin faydaları
2 Sentyabr 2021 08:21
0 Şərh
Baxış: 1 306

DİGƏR XƏBƏRLƏR
-
"Neftçi" fransalı oyunçu aldı - FOTO
-
"Təranə həbsdə ola-ola məni polisə verdi"
-
Kilosu 30 manata SATILIR, yalnız Siyəzəndə yetişir - möcüzəvi FAYDALARI - FOTO
-
Hamı dəfndə, Ronaldo isə tətildə... - FOTOlar
-
Mask yeni siyasi partiya yaratdı
-
Yaxın günlərdə tənhalığa son qoyacaq BÜRCLƏR – Sevgi həyatı canlanır!
XƏBƏR LENTİ
-
Türkiyəli yazıçı saxlanıldı
-
ABŞ-də daşqınlarda ölənlərin sayı ARTDI
-
"Neftçi" fransalı oyunçu aldı - FOTO
-
İcra başçısının keçmiş müavini vəfat etdi - FOTO
-
İndi hər 3 azyaşlı dünyada yoxdur... - Yenilənib - FOTO
-
ABŞ qırıcıları Trampın qolf klubu üzərində təcili havaya qaldırıldı
-
"Təranə həbsdə ola-ola məni polisə verdi"
-
Kilosu 30 manata SATILIR, yalnız Siyəzəndə yetişir - möcüzəvi FAYDALARI - FOTO
-
Məşhur aktyor xərçəngdən ÖLDÜ
-
Sabah saat 10:00-dan QAZ OLMAYACAQ
-
Bu tarixdən külək olmayacaq - hava DÜZƏLİR
-
Hamı dəfndə, Ronaldo isə tətildə... - FOTOlar
-
Xamenei müharibədən sonra ilk dəfə ÜZƏ ÇIXDI - FOTOlar
-
Mask yeni siyasi partiya yaratdı
-
Yaxın günlərdə tənhalığa son qoyacaq BÜRCLƏR – Sevgi həyatı canlanır!
-
Rusiyada təyyarə sərt eniş etdi - yaralananlar var - FOTO
-
Daha bir imtahan olacaq
-
Pərvin Abıyeva şıdırğı rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə qəfil ÖLDÜ - FOTO
-
21 yaşlı gənc öldürüldü - qətlin təfərrüatları
-
“Real Madrid” "Borussiya D." matçında "qol yağışı"
-
Bu gün imtahan var
-
Azərbaycanın qızıl bazarında vəziyyət necədir?
-
“Anar dedi ki, “Arşın mal alan”a çəkilsən, film batacaq"