Sellulit, yetkinlik dövründən sonra qadınların 80-90% -də mənəvi əzabdan başqa heç bir narahatlıq yaratmır. Sellulitin bir xüsusi səbəbi yoxdur. Ancaq ümumilikdə proses belədir: Yağ hüceyrələri (adipositlər) yağla dolur və bir-birini basmağa başlayırlar. Bu, qan və limfa axınını pozur, iltihab və fibroz - sərt birləşdirici toxuma yayılmasına səbəb olur. Eyni zamanda, kollagen (dərini güclü və elastik edən və yağ hüceyrələrini etibarlı vəziyyətdə saxlayan eyni protein), əksinə incəlir. Spesifik xarici əlamətlərə əsasən onu asanlıqla təyin etmək mümkündür. Sellulitin lokalizasiya olunduğu nahiyələrdə dərinin relyefi dəyişir, çökəkliklər və qabarlar əmələ gəlir. Yaş artdıqca bu dəyişikliklər daha da dərinləşir. Sellulitli zonalarda dəri soyuq olur, cüzi gərginlik zamanı narıncı ləkələrlə örtülür. Çiyin, bud və sağrı nahiyəsində sellulit olduqda bədənin bu hissələri bərabər qaralmadığından iri depiqmentasiya (açıq rəngli) sahələri yaranır.
Kişilərdə "portağal qabığı" demək olar ki, tapılmır. Bu adipoz toxumasının struktur xüsusiyyətləri ilə bağlıdır. Sellulit çox vaxt çox çəki ilə əlaqələndirilir, çünki adipositlər nə qədər çox olsa, sıxılma iltihablanma və fibroz riski o qədər yüksək olar. Sellülitin müalicəsi problemli nahiyələrdə mikrosirkulyasiyanın stimulyasiyasına yönəldilmiş kompleks tədbirlər: idman, fitnes, masaj və s. ilə icra olunur. Sellülit əleyhinə proqram fərdi qaydada işlənilib hazırlanılır. Müalicə prosesində və ondan sonra dəstəkləyici terapiya təyin olunur: antisellulit preparatların daxilə və xaricə qəbulu, pəhriz, gimnastika və s.. Təyinatlara dəqiq riayət olunduqda sellulitin müalicəsinin nəticəsi daha davamlı olur.
Milli.Az
Maraqlı
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Sellulitdən necə azad olaq?
24 Avqust 2021 08:31
0 Şərh
Baxış: 694
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
DİGƏR XƏBƏRLƏR
-
Efirə qadın cangüdənlərlə gəldi - VİDEO
-
Xanəndə Şakiranın mahnısını oxudu - VİDEO
-
Yaşlıların uzaq durmalı olduğu 4 çərəz növü açıqlandı
-
Azərbaycanlı müğənni gözlərinin rəngini DƏYİŞDİRƏCƏK
-
2026-cı ildə evlənəcək 4 BÜRC - Evlilik təklifi yoldadır
-
Sumqayıtdakı məktəbdə yardım pulu müəllimlərin əlindən alınır - Səs yazısı yayıldı
XƏBƏR LENTİ
-
Efirə qadın cangüdənlərlə gəldi - VİDEO
-
DÇ-yə vəsiqə qazanıb tarix yazdılar - 156 min əhalisi var - FOTO
-
Xanəndə Şakiranın mahnısını oxudu - VİDEO
-
Yaşlıların uzaq durmalı olduğu 4 çərəz növü açıqlandı
-
Roza Cəlilova dəfn edildi - FOTO
-
Azərbaycan-Ermənistan arasında sülh danışıqlarını davam etdirəcək İşçi Qrup fəaliyyətə başlayıb - VİDEO
-
“Bakıda məşhur mağazadan üzük aldım, daşı saxta çıxdı ” - FOTO
-
Azərbaycanlı müğənni gözlərinin rəngini DƏYİŞDİRƏCƏK
-
Rəqsanə ev dustaqlığına buraxıldı
-
2026-cı ildə evlənəcək 4 BÜRC - Evlilik təklifi yoldadır
-
"Məni öldürmək istəyirlər"
-
Onlara əlavə vəzifə verildi
-
Sumqayıtdakı məktəbdə yardım pulu müəllimlərin əlindən alınır - Səs yazısı yayıldı
-
Hikmət Hacıyev Alison Hukerin ilə Ermənistan-Azərbaycan sülh gündəliyini müzakirə edib
-
Əməkdar artist plastik əməliyyatdan sonra - FOTO
-
Dünyanın ən böyük təyyarəsi görüntüləndi - FOTO
-
Moskvanın məşhur hotelində yanğın - 400 nəfər təxliyə edildi - FOTO
-
“Qalatasaray”a Osimhenlə bağlı pis XƏBƏR
-
Vəkillərin fəaliyyəti ilə bağlı bir sıra dəyişikliklər təsdiqlənib
-
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitlə bağlı nəzarət tədbirlərinin qaydası təsdiqlənib - FƏRMAN
-
Səfərbərlik idarəsinin rüşvət qalmaqalı - Sabiq rəis və zabitlərə şərti cəza verildi
-
Prezidentdən Kamran Əliyevlə bağlı Sərəncam
-
"Eurovision" iştirakçıları əkiz bacılar evdə ölü tapıldı - FOTO
-
Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış - 33 illik araşdırma





