Maraqlı

Parlaq və sağlam dişlərə sahib olmaq üçün 16 qida

22 Avqust 2021 14:15
0 Şərh     Baxış: 1 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağız sağlamlığı üçün mütəmadi dişləri fırçalamaq, 6 aydan bir həkim yoxlanışından keçmək qədər yeyilən qidalara da diqqət etmək lazımdır.

Milli.Az Axşam.az-a istinadən dişlərin sağlamlığı və daha parlaq gülümsəmə üçün faydalı olan 16 qidanı təqdim edir:

1. Kinoa

Kalsium, maqnezium, manqan və fosfor kimi minerallarıla zəngin olan kinoa dişlərin daha sağlam və parlaq görünməsinə yardımçı olur.

2. Reyhan

Salatlardan makaron souslarına qədər bir çox reseptə istifadə edə biləcəyiniz reyhan təbii antibiotikdir və ağızdakı bakteriyaları azaldır.

3. Brokoli

Diş minasının aşınmasının qarşısını almağa kömək edir.

4. Yerkökü

Diş minasının yaranmasında vacib olan A vitamini ilə zəngindir. Ümumiyyətlə tərəvəzlər dişləri və diş ətini təmizləyir və sağlam edir.

5. Kərəviz

Dişdəki qida qalıqlarını təmizləyir. Ağızdakı şəkər və asit dərəcəsini azaltmaq üçün tüpürcək istehsalını aktivləşdirir.

6. Zəncəfil

Ağız boluğundakı iltihablanmanın qarşısını alır.

7. Yaşıl çay

Damağı iltihablara səbəb olan bakteriyalardan qoruyur.

8. Soğan

Dişlərin çürüməsinə səbəb olan bəzi bakteriyaları azaldır.

9. Çuğundur

Yarpaqları və saplağı da daxil olmaqla çuğundur dişləri gücləndirən yüksək minerallarla zəngindir.

10. Kivi

Digər meyvələrlə müqayisədə daha çox C vitamini ilə zəngin olan kivi ağız boşluğunda yarana biləcək xəstəliklərin qarşısını alır.

11. Ananas

Ağızda sululuğu artırır, tərkibində dişlər üçün vacib olan C vitamini və bromelain fermentini ehtiva edir.

12. Qızıl balıq

Kalsium və D vitamini ilə zəngindir.

13. Dəniz duzu

Tərkibindəki minerallar dişləri gücləndirir.

14. Küncüt

Ağız boşluğunu təmizləyir. Tərkibindəki kalsium dişləri daha da möhkəmlədir.

15. Çiyələk

Bol miqdarda C vitamini ilə zəngin olan çiyələk, ağız boşluğunu təmizləyir, dişləri ağardır.

16. Vasabi

Bakteriyaların çoxalmasının qarşısını alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.