Yuxarı ətrafda gedən müxtəlif patoloji proseslər ağrı ilə müşayiət olunur. Qol ağrısı sızıltılı, deşici və yaxud yandırıcı xarakter daşıyır. Bəzi insanlarda ağrı yüngül, digərlərində isə dözülməz və üzücü formada olur. Ağrının xarakteri kimi yaranma səbəbi də müxtəlifdir. Qol ağrısı travmatik, nevrogen, degenerativ-distrofik, iltihab mənşəli ola bilər.Ağrı ilə yanaşı adətən aktiv hərəkətlərin məhdudlaşması, ətrafın şişkinliyi, yerli iltihab əlamətləri müşahidə edilir. Stenokardiya, infarkt, mədə xorası və öd daşı xəstəliyində qol ağrısı ikincili formada olur. Yəni sinə və mədə nahiyəsində yaranan əsas ağrı qola yayılır. Etiologiya və xarakterdən savayı qol ağrısı lokalizasiyasına görə də ayırd edilir. Bu əlamət, fiziki müayinədən sonra ilkin diaqnozun qoyulmasına xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əl barmaqlarının kiçik oynaqları əsasən revmatoid artrit zamanı zədələnir. İri oynaqların (bazu, dirsək) ağrısı əksərən artrit, osteoartroz və ya oynaqətrafı yumşaq toxumaların xəstəliklərinə işarə edir. Çiyin və körpücük sümükləri isə sınmağa meylli olur. Ağrı ilə qarşılaşdıqda ona laqeyd yanaşıb, öz-özünə keçəcəyini düşünməyin. Həmçinin xalq təbabəti vasitələri, kompress və ağrıkəsici preparatlarla özbaşına bu narahatlığı aradan qaldırmağa çalışmayın. Unutmayın, yalnız təcrübəli mütəxəssis (travmatoloq, revmatoloq, nevroloq) qolda əmələ gələn ağrının səbəbini aşkar edib, düzgün müalicə aparır.
Milli.Az
Maraqlı
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Qolunuz dayanmadan Ağrıyır?
12 Avqust 2021 08:51
0 Şərh
Baxış: 1 517
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Demet Özdemirin yeni sevgilisi - FOTO
-
Trampla Ronaldo Ağ Evdə bir arada - FOTO
-
Rəqsanənin borclu olduğu şəxs danışdı: "Onu biz buraxdırdıq"
-
Qarakənd faciəsindən 34 il ötür
-
İlham Əliyev Ağdamın işğaldan azad edilməsinin beşinci ildönümü ilə bağlı paylaşım edib - VİDEO
-
Ağdamın işğaldan azad edilməsindən 5 il ötür
-
Günün qoroskopu: Gözlənilməz maliyyə qapısı açıla bilər
-
Səhv məlumata görə ər-arvad evində öldürüldü - təfərrüat
-
Azərbaycanda niyə yağış yağmır? - RƏSMİ CAVAB
-
Bakıda iki şəhidin məzarı qarət edilib - VİDEO
-
ETİHİ-nin növbəti regional görüşü Mingəçevirdə keçirilib - FOTO
-
Əməkdar artistin oğlunun toyudur - VİDEO
-
"Halal pivə"lərlə bağlı həkimdən xəbərdarlıq
-
Kenan Yıldız yeni müqaviləyə imza atır
-
Ərəblər gecə 3-də "Tarqovi"ni bir-birinə qatdı - VİDEO
-
"Qarabağ"la oyunda "Napoli"nin beş əsas heyət oyunçusu olmayacaq
-
Dişləri gündə 3 dəfə fırçalamaq lazım deyilmiş - Həkimdən xəbərdarlıq
-
İstanbulda kabus bitmir: Növbəti zəhərlənmə - ölən var
-
"Ayda 1 dəfə təyyarəyə minməsəm ürəyim partlayar"
-
Bəzi kəndlər işıqsız qalacaq
-
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimi olub - FOTO
-
Bəzi ərazilərdə qaz kəsiləcək - Sızma aşkarladı
-
Azərbaycanda bu universitet ləğv edilir?
-
Füzuli sakinləri Qurbanqulu Berdiməhəmmədova təşəkkür edib





