Maraqlı

Delta ştammı yoluxuculuqda suçiçəyi ilə eynidir - ALİMLƏR

5 Avqust 2021 21:15
2 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər koronavirusun yeni variantı Deltanı qızılca ilə müqayisə etdilər. O, qızılca kimi sürətlə keçir və vaksin olunanlara da yoluxur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu məlumatı ABŞ xəstəliklərə nəzarət mərkəzi yayıb.
Vaksinlər effektvliyini saxlayır, xəstələri ağırlaşma və ölümdən qoruyur, lakin delta variantı ilə üzləşdikdə onlar yoluxmadan pis qoruyur.

Məruzədə qeyd edilir ki, delta ilə yoluxmuş vaksinli şəxslər digərlərini elə vaksin edilməmiş kimi yoluxdura bilər. Orqanizmdə virus yükü isə vaksin olunmuşlarla peyvənd olunmayanlar arasında demək olar eynidir.

Bu onu göstərir ki, koronavirus əleyhinə tədbirlər dəyişir.

Ona görə də vaksin olunmuş şəxslər də mütləq kütləvi və qapalı yerlərdə maska taxmalı, özlərini və digərlərini qorumalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.