Maraqlı

Şakira vergidən yayınmağa görə mühakimə oluna bilər

29 İyul 2021 08:18
0 Şərh     Baxış: 776
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kolumbiyalı müğənni Şakira (tam adı - Şakira İzabel Mebarak Ripoll) vergidən yayınma ehtimalı səbəbindən İspaniyada mühakimə oluna bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ifaçı son məqamda prokurorluqla razılığa gələ bilməsə, məhkəmə çəkişmələrindən qaça bilməyəcək. Üç illik araşdırmadan sonra məhkəmə müğənninin vergidən yayınması ittihamı ilə bağlı mühakimə olunmasına kifayət qədər səbəb olduğu qənaətinə gəlib. Şakiranı altı vergi cinayətində ittiham olunur, bu səbəbdən də təqsirləndiriləcəyi təqdirdə onu həbs cəzası gözləyir.

Xatırladaq ki, 2019-cu ilin iyun ayında müğənni vergidən yayınma iddiası ilə bağlı İspaniya məhkəməsində ifadə verib. İfaçı 2012-2014-cü illərdə yol verdiyi vergidən yayınma faktı ilə bağlı ittiham olunur. Söhbət ümumilikdə 14,5 milyon avrodan gedir.

Güman olunur ki, Şakira 2011-ci ildən Kataloniya paytaxtında İspaniyanın "Barselona" futbol klubunun müdafiəçisi Jerar Pike ilə birlikdə yaşayıb. İspaniya qanunlarına görə, bir şəxs ölkədə altı aydan çox yaşayırsa, avtomatik olaraq krallığın vergi ödəyicisinə çevrilir. Bu o deməkdir ki, həmin şəxs xaricdən əldə etdiyi vəsait də daxil olmaqla bütün gəlirlərindən vergi ödəməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.