Maraqlı

Vikipediyanın yaradan şəxsdən ETİRAF: “Məlumatlar etibarlı deyil”

17 İyul 2021 12:44
0 Şərh     Baxış: 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən böyük onlayn ensiklopediyası olan vikipediyanın yaradan Larry Sanger "Youtube"da qonaq olduğu bir verilişdə etirafları ilə diqqət çəkib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Sanger vikipediyadakı məlumatların artıq əvvəlki kimi etibarlı olmadığını bildirib. 

Platformada bir çox mövzuda olan məlumatları manipulyasiya etmək üçün istifadə edildiyini bildirən Larry vəziyyətin ciddiliyinə diqqət çəkərək deyir ki, hansısa məlumatda kiminsə söylədiklərinin əks olunması üçün pərdə arxasında mürəkkəb oyun oynanılır. 

Vikipediyanın yaradıcısı, böyük şirkətlərin və siyasi liderlərin onlayn ensiklopediyada yerləşdirilmiş məlumatlara müdaxilə etmək üçün nümayəndələrinin olduğunu açıqlayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.