5000 dollara satış rekordu qırır: YENİ SEKS-ROBOT danışır, zarafat edir... - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Britaniyada süni intellektə malik olan yeni seks-robot - "Samanta"nın satışları başlandı.
Milli.Az bildirir ki, qeyri-adi oyuncağın dəyəri 4700 dollar təşkil edir. Bu barədə Britaniya qəzeti Daily Mirror yazır.
Biznesmen Treysi Uitmorun sözlərinə görə, "Samanta" sadə robot deyil, o, seks-rejimindən "ailə" rejiminə keçə bilir və məişət mövzularında rahatlıqla ünsiyyəti dəstəkləyir.
Eyni zamanda, "Samanta" fəlsəfə haqqında danışa bilir, hətta zarafat da edir. O, USB vasitəsilə enerji toplayır, onun başında SD-kart üçün port da var.
Şübhə yoxdur ki, böyüklərun oyuncağı öz alıcısını tapmaqda çətinlik çəkmir. Daha əvvəl bildirilirdi ki, başqa bir sahibkar Bredli Şarve Londonda seks-robotlardan ibarət kafe açmağı planlaşdırır. Orada yalnız qəhvə sifariş etmək və robotların xidmətlərindən istifadə etmək olacaq. Öz cəsarətli "yaradıcılıq" planları haqqında möhtərəm biznesmen Huffington Post nəşrinə danışmışdı.
Cənab Şarvenin ağlına bu ideya, onun Bankokun seks-kafesini görməsindən sonra gəlib. Düzdür, Böyük Britaniyada Taylanddan fərqli olaraq fahişəxanalar qanunla qadağandır. Ancaq gözüaçıq sahibkar fikirləşib ki, əgər ziyarətçilərə fahişələr deyil, robotlar xidmət edəcəklərsə, o zaman qanun məhdudiyyətlərini keçə biləcək.
.jpg)
Dünən Çinin "UBTECH Robotics" şirkəti "Walker X" adlı insanabənzər robotu təqdim edib.
Robot maneələri aşır, müxtəlif əşyaları "əliylə" götürür və insanlarla danışır. Onun əlində saxlaya bildiyi əşyaların maksimal çəkisi 2,7 kq-dır.
"Walker X" 41 ədəd kiçikölçülü hərəkət mühərriki ilə təchiz olunub.
O, nərdivanla qalxa, maili səthlərdə gəzə bilir. Bu robotun ən yüksək hərəkət sürəti isə saatda üç kilometrdir.
Zaur Həsənəliyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi
-
"Başqa mahnı olsaydı, finala keçərdik"
-
Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə adladı
-
"Karvan-Yevlax" baş məşqçisi ilə yollarını ayırdı
-
Sabahın havası onlarda narahatlıq yarada bilər
-
"Bivəfa" ilk dəfə mənə təklif edildi, istəmədim"
-
“Barselona”nın 2 həftə vaxtı qaldı
-
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib
-
Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
-
Bu ölkə liderləri Ermənistanda referendum keçirilməsini dəstəkləyiblər
-
Hər il on minlərlə insan bu səbəbdən ölür
-
"Qarabağ"ın legioneri milliyə çağırıldı
-
Azərbaycanda hava dəyişdi: Yağış və güclü külək başladı - XƏBƏRDARLIQ
-
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
-
II Opera Günləri layihəsinin açılış mərasimi keçirildi Video - Foto
-
Azərbaycan QHT-ləri 48 ölkənin hökumətinə müraciət edərək "Lafarge" şirkətinin fəaliyyətinin araşdırılmasına çağırıb - FOTO
-
“Balabanın sehrində” adlı milli musiqi gecəsi keçirilib - FOTO
-
Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi
-
Xalq Çalğı Alətləri Orkestrinin 28 May – Müstəqillik Gününə həsr olunmuş konserti olub - FOTO
-
Günəşdə güclü partlayış baş verib
-
Pezeşkian Azərbaycana dair tapşırıq verdi
-
İşsiz kişilərin sayı qadınlardan daha çoxdur
-
Bakıda qəribə qəza: "Cip" evin damına çırpıldı - VİDEO





