Maraqlı

11 yaşında universiteti bitirdi - Ölmək istəmir

7 İyul 2021 13:44
4 Şərh     Baxış: 2 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Dahi uşaq" kimi tanınan 11 yaşlı Laurent Simons Belçikanın Antverpen Universitetinin  fizika fakültəsini bitirib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  Simons magistr dərəcəsinə isə yay sonunda başlayacaq. 
Antverpen universiteti Simonsun 2020-ci ilin martından fizika fakültəsində təhsil aldığını və bu qısa müddətdə bakalavrı bütün tələbələri üstələyərək bitirdiyini açıqlayıb. 

Belçika mətbuatına danışan Simmons, klassik mexanika və kvant fizikasına marağı olduğunu və bu mövzularla bağlı hər şeyi tez bir zamanda öyrənmək istədiyini deyib. 

Balaca dahi həmçinin ən böyük hədəfinin ölümsüzlük olduğunu qeyd edib. Simmons, " Bədənmin çox hissəsini mümkün qədər dəyişdirmək istəyirəm. Buna nail olmaq üçün kvant fizikasını dərindən öyrənməli olduğuma inanıram", deyə bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.