Maraqlı

ABŞ-ın xarici siyasətinə töhfə verən türk əsilli xanımlar - FOTO

28 İyun 2021 12:00
0 Şərh     Baxış: 849
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İki Türk əsilli qadın ABŞ-ın xarici siyasətinin formalaşmasında mühüm rol oynayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat paylaşıb.

ABŞ-da türk imiqrantların övladı olan Naz Durakoğlu və Türkiyədən ABŞ-a köçən Özge Güzelsu, Prezident Baydenin administrasiyasının ən yüksək səviyyəli xarici siyasət məmurlarından ikisidir.

Xanım Durakoğlu ABŞ Dövlət Departamentinin Dövlət Katibinin Qanunvericilik məsələləri üzrə köməkçisi, Özge Güzelsu isə Müdafiə Nazirliyinin Qanunvericilik üzrə Baş müşavirinin müavini vəzifəsini icra edir.

Belə ki, prezident Bayden Amerikanın müxtəlifliyini ABŞ-ın güclü tərəflərindən biri kimi görür. Öz vəzifəsinin icrasını başlayarkən, irqi irs haqqında imzalanmış sərəncamında Prezident Bayden bərabərlik prinsipini "Amerika demokratiyasının təməli" adlandırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.