Maraqlı

“Delta” koronavirusun ən yoluxucu variantıdır

27 İyun 2021 20:25
0 Şərh     Baxış: 770
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hazırda koronavirusun "Delta ştammı" azı 85 ölkədə mövcuddur, peyvənd edilməmiş əhali arasında sürətlə yayılır".

Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

ÜST rəhbəri "Delta"nı COVID-19 mutasiyaları arasında təsbit edilən ən yoluxucu variant adlandırıb: "Bir sıra ölkələrdə koronavirus pandemiyası ilə əlaqəli məhdudiyyətlərin yumşaldılması fonunda dünyada COVID-19-un yayılması güclənir. Nə qədər çox yoluxma halları varsa, bir o qədər çox seçim var. Bu baxımdan "COVID-19-un yayılmasının qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə edilməlidir".

Qebreyesus bildirib ki, məhz buna görə də bütün ölkələrdə peyvəndləmə prosesini bərabər təmin etmək vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.