Maraqlı

Yeni qurğu noutbuklara enerjini simsiz dolduracaq

29 İyun 2021 21:40
0 Şərh     Baxış: 3 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin "Lenovo" şirkəti müxtəlif model noutbukları simsiz enerjidoldurma funksiyası ilə təchiz etməyə imkan verən "Go Wireless Charging Kit" adlı qurğu nümayiş etdirib. Bu halda smartfonlarda olduğu kimi "Qi" standartından deyil, digər texnologiyadan istifadə edilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Energy Square" şirkəti tərəfindən hazırlanan yeni texnologiya "Power by Contact" adlanır. Noutbuklar üçün "Lenovo" simsiz enerjidoldurma dəsti 3,2 mm qalınlığında metal enerjidoldurma panelindən və uzun simsiz qəbuledicidən ibarətdir. Panel rozetkaya qoşularaq masa üzərində yerləşir, qəbuledici isə noutbukun altına bərkidilir və "USB-C" çıxışı vasitəsilə enerjidoldurma portuna qoşulur.

"Lenovo" nümayəndələrinin sözlərinə görə, qurğu "Windows" əməliyyat sistemli 13 və 14 düymlük və ya sensor ekran və 65 vatt həddində istilik paketinə malik prosessorlarla təchiz edilməyən "macOS" sistemli əksər noutbuklarla uyğunluq təşkil edir. Belə simsiz enerjidoldurmanın səmərəliliyi 93 faizə bərabərdir.

Oktyabrda satışa çıxarılacaq "Go Wireless Charging Kit" qurğusunun qiyməti 140 dollar olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.