Maraqlı

Bu ölkədə peyvəndi olunmayanların SİM kartları bloklanacaq

24 İyun 2021 04:00
0 Şərh     Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın əhalinin ən sıx yaşadığı Pəncab əyalətində koronavirus əleyhinə peyvənd olunmaqdan imtina edən insanların SİM kartları bloklanacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki,  qərar əyalətin səhiyyə naziri Yasmin Raşidin sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

"İclasda Milli Operativ Komanda Mərkəzinə müəyyən müddətdən sonra peyvənd olunmayan şəxslərin SİM kartlarının bloklanması təklif edilib", - deyə Yasmin Raşid bildirib.

Onun sözlərinə görə, əyalət rəhbərliyi koronavirusun yayılmasını dayandırmaq üçün bütün resurslardan istifadə edəcək və insanları qısa müddət ərzində vaksinasiyaya yönləndirmək üçün digər tədbirləri hakimiyyətə təqdim edəcək. Bu tədbirlərə peyvənd edilməyən insanların park və restoranlara, həmçinin ticarət mərkəzlərinə girişinin qadağan olunması daxildir.

"Hökumət peyvənd olunmaq istəməyən insanların vaksinasiyadan keçənlərin həyatını riskə atmasına imkan verə bilməz. Vaksin vurduranların normal həyata qayıtmaq hüququ var", - deyə nazir əlavə edib.

O, xüsusi qaydalar və kütləvi vaksinasiya sayəsində əyalətdə COVID-19 infeksiyasına yoluxma hallarının əhəmiyyətli dərəcədə azaldığını vurğulayıb.

Qeyd edək ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyə qədər Pakistanda 938 mindən çox yoluxma və 21 min 576 ölüm faktı qeydə alınıb, 873 min nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.