Cənub Okeanı beşinci okean kimi rəsmən təsdiqləndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elmi sənədli filmlərin istehsalı və yayımı ilə dünyada tanınan "National Geographic" jurnalı Antarktika qitəsi ətrafındakı suları 5-ci okean kimi tanıdığını açıqlayıb.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə jurnalın kanalının rəsmi saytında yerləşdirilən məqalədə açıqlama verilib. Məqalədə sözügedən su hövzəsi Cənub Okeanı adlandırılıb.
"Cənub Okeanı uzun müddət elm adamları tərəfindən tanınırdı, lakin beynəlxalq səviyyədə heç bir razılaşma olmadığı üçün biz onu rəsmi olaraq heç vaxt tanımadıq", - deyə "National Geographic Society"nin coğrafiyaşünası Aleks Teyt qeyd edib.
Jurnalın yazdığına görə, cənub qitəsini əhatə edən sular Antarktika Qərb küləkləri cərəyanı kimi bilinən bənzərsiz cərəyan nümunələri də daxil olmaqla fərqli ekoloji xüsusiyyətlərə malikdir. Bu cərəyan Antarktida ətrafındakı suları şimaldakılara nisbətən daha soyuq və duzlu edir, bu da dünyanın hər yerində istilik nəqlinə və karbonun dərin okeanda saxlanılmasına kömək edir və bunların hamısı planet üçün həyati əhəmiyyət daşıyan təsir göstərir.
Məqalədə bildirilib ki, Cənub Okeanı Antarktidanın sahilindən 60 dərəcə cənub enliyinə qədər uzanır. Bununla da Cənub Okeanı ərazi əhatəsinə görə Şimal Buzlu Okeandan sonra ən kiçik okean olacaq.
Dəyişiklik dəniz xəritələşdirməsini və rəsmi adları standartlaşdıran Beynəlxalq Hidrografik Təşkilatı tərəfindən göstərilən təlimatlardan kənara çıxır.
Milli Okean və Atmosfer İdarəsinin məlumatına görə, təşkilat Cənub Okeanının dünya xəritəsinə əlavə edilməsi üçün 2000-ci ildə verilmiş təkliflə hələ razılaşmayıb. Bununla birlikdə, ABŞ da daxil olmaqla əksər ölkələr su kütləsini fərqli olaraq tanıyır.
Teyt jurnala açıqlamasında təşkilatın yeni siyasətinin təhsilə böyük təsir göstərəcəyinə ümid etdiyini bildirib.
"Şagirdlər hər hansı bir okeanın tədris olunması ilə okean dünyası haqqında məlumat əldə edirlər. Əgər Cənub Okeanını daxil etmirsinizsə, onda onun xüsusiyyətlərini və nə qədər vacib olduğunu öyrənməyəcəksiniz", - deyə o qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
XƏBƏR LENTİ
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)





