Dünyada smartfonların satışı 26 faiz artıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2020-ci ildə kəskin azalmadan sonra 2021-ci ilin birinci rübündə son istifadəçilərə qlobal smartfon satışları 26 faiz artaraq 378 milyon ədədə yaxınlaşıb. Ümumiyyətlə, dünyada mobil telefonların satış həcmi illik hesablamada 22 faiz artıb. Bu barədə "Gartner" analitik şirkətinin yeni tədqiqatında deyilir.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, aparıcı smartfon brendləri üçlüyünə "Samsung", "Apple" və "Xiaomi" şirkətləri daxildir. Sahə üzrə lider olan "Samsung" ötən rübdə 76,6 milyon smartfon sataraq ötənilki göstəricini 18,4 faiz yaxşılaşdırıb. Nəzərəçarpacaq artımı təmin edən amillər arasında analitiklər tərəfindən qiyməti 150 dollardan ucuz yeni smartfonların buraxılışı, eləcə də "5G" dəstəkli qabaqcıl modellərin erkən tədarükü qeyd olunur.
2020-ci ilin sonuncu rübündə liderliyə yüksələn "Apple" şirkəti yenidən ikinci pilləyə enib. Şirkət üçün əsas artım göstəricisi ötən il işıq üzü görən "5G" dəstəkli ilk "iPhone" modelləri olaraq qalır.
"Xiaomi" və ondan sonrakı mövqelərdə qərarlaşan "Vivo" və "Oppo" şirkətləri də satışlarda davamlı artım nümayiş etdiriblər. İstehsalçılar tərəfindən təklif edilən "5G" modellərinə yüksək tələbat var. Bundan başqa, Çin brendləri "Huawei" şirkətinin zəifləməsindən və "LG" korporasiyasının smartfonlar bazarını tərk etməklə bağlı qərarından faydalanıblar. "Xiaomi" smartfonlarının satışı 9,9 faiz artaraq 48,9 milyon ədədə çatıb. "Vivo" və "Oppo" şirkətlərinin satış həcmi isə 7,4 və 8 faiz artaraq 38,7 və 38,4 milyon qurğu təşkil edib.
Analitiklər qeyd edib ki, artıq əksər sahələrə öz təsirini göstərmiş qlobal yarımkeçiricilər komponentlərinin çatışmazlığı hələ ki smartfonlar sənayesinə təsir etməyib. Buna səbəb kimi isə bazarda tələb və təklif arasında balansın qorunması qeyd olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib





