Maraqlı

“Microsoft” proqramları Çində istifadəçilərin maraq və hüquqlarını pozur

15 İyun 2021 22:05
Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Sənaye və İnformasiyalaşdırma Nazirliyinin saytında istifadəçilərin maraq və hüquqlarını pozan proqramlarla bağlı məlumat dərc edilib. Onların sırasına populyar "Microsoft" ofis proqramları da daxildir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, hesabata görə, istifadəçilər haqqında fərdi məlumatları toplayan, işə mane olan, istifadəçilərin fəaliyyətinə müdaxilə edən və ya onlarda çaşqınlıq yaradan 83 proqram zərərli funksiya ilə təchiz edilib.

Bu proqramlar arasında "Microsoft Excel", "Microsoft Word", "Microsoft PowerPoint" kimi proqramlar və Çinin əksər yerli populyar işləmələri yer alıb. Qeyd olunur ki, "Microsoft" proqram təminatı bu və ya digər icazələrin alınması üçün məcburi, tez-tez və çoxlu sorğular göndərir.

Bildirilir ki, bu yaxınlarda nazirlik tərəfindən istifadəçi hüquqlarını potensial pozan populyar proqramların yoxlanılması üçün kənardan xüsusi agentlik cəlb edilib. Söhbət təkcə ofis proqramlarında deyil, təhsil, səyahətlərin təşkili, iş axtarışı və digər vəzifələrin həlli üçün vasitələrdən gedir.

Nazirliyin məlumatına görə, qeyd olunan proqramlarda aşkarlanan çatışmazlıqlar iyunun 16-dək aradan qaldırılmalıdır. Əks halda onlara qarşı qanunvericiliyə uyğun məhdudlaşdırıcı tədbirlərin görülməsi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.