Gün yandıranda dərinizə qatıq çəkməyə tələsməyin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Adətən, yayda günəş dərimizi yandıranda dərhal üzərinə qatıq və ya xama çəkirik ki, dərimiz xarab olmasın. İndi məlum olub ki, bu ağartı məhsulları yanmış dərini zədələyə bilər.
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Moskva Dermatonevrologiya və kosmetologiya elmi-praktik mərkəzin baş həkimi Olqa Jukova bu barədə mifləri dağıdıb və səbəbini izah edib.
"Qatıqda qatıq göbələyi var, bu məhsullar dəridə bakterioloji infeksiya törədə bilər. Xamanın tərkibində isə böyük miqdarda yağ var. Yanığın üzərinə yağ çəkəndə o daha da pisləşir, yəni yanğı daha da artır", - Jukova deyib.
Həkim həmçinin günəş yanıqlarında spirt tərkibli losyon və digər kosmetoloji vasitələrin istifadəsi ilə bağlı xəbərdarlıq edib. O deyir ki, bu vasitələr dərini əlavə olaraq qurudur, bu isə zədəni dərinləşdirir. Günəşdə yanmış dərini sabunla yumaq da olmaz.
Bəs nə etməli?
Jukova deyir ki, günəşdə dəriniz yandıqda ona soyuq kompreslər edin: zəif qara çay, çobanyastığı və ya adaçayı (şalfey) dəmləmələrini soyudun, pambığı batırıb dərinizə çəkin. Bundan sonra dərini nəmləndirmək gərəkdir. Bunun üçün günəşdə qaralmadan sonra istifadə olunan vasitələr və tibbi aerozollar məsləhətdir. Əgər günəş yanığı güclü ağrı verir və hərarət yüksəlirsə, o zaman dərhal həkimə müraciət etmək gərəkdir.
Düzgün qaralmaq lazımdır
Təhlükəsiz və gözəl qaralmaq üçün məsləhətlər də var. Çimərliyə gedənlər baş örtüklərini və günəşlənmə kremlərini unutmasınlar. Yaxşı olar ki, peşəkar günəşdə qaralma kremlərindən istifadə olunsun. Şəhərdə gəzərkən dərinizə günəşdən qorunma faktorlu kremlərdən (SPF) 30, çimərlikdə isə 50 göstəricisi olanını çəkin.
İyunda hava normadan isti olacaq
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, bu il iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir: "Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək".
Onun sözlərinə görə, yayın birinci ayı olan iyun ayı ilin ən uzun günləri ilə fərqlənir: "İyun ayı ərzində temperaturun tədricən yüksəlməsi müşahidə olunur. Son 30 illik məlumatların təhlili göstərir ki, birinci ongünlüyün ikinci yarısında temperatur qeyri-bərabər paylansa da, ayın 10-dan sonra mütləq maksimum temperatur xeyli artır. Ən isti iyun ayı 1998 və 2010-cu illərdə olub. Ən isti hava isə 2020-cı ilin iyunun 3-də Bakıda qeydə alınıb. Həmin gün havanın temperaturu 40,4 dərəcə təşkil edib. İyun ayında ən sərin hava isə 1996-cı ilin iyunun 2-də Bakıda qeydə alınıb. Həmin gün havanın temperaturu 8,1 dərəcə olub".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Anasından xeyir-dua alan gəlinin reaksiyası diqqət çəkdi - (Video)
-
Mətanət verilişində əməkdar artisti təqlid etdi - (Video)
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarıldı
-
Samirə Yusifqızı: “Fərəh söyüş söyübsə, mənim nə günahım var?”
-
Çin xəritələrində İsrailin adı ilə bağlı diqqətçəkən detal - (Foto)
XƏBƏR LENTİ
-
Anasından xeyir-dua alan gəlinin reaksiyası diqqət çəkdi - (Video)
-
Mətanət verilişində əməkdar artisti təqlid etdi - (Video)
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində İlahiyyat İnstitutu tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Əkrəm Tağıyev vəfat etdi
-
Avtobus zolağına girən sürücülərə DİN-dən xəbərdarlıq
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar
-
Azərbaycan və Monqolustan arasında hava əlaqəsi yaradılacaq
-
Cəlilabaddakı kütləvi zəhərlənmə ilə bağlı prokurorluqdan açıqlama
-
Ayın 1-də leysan olacaq, dolu düşəcək - Proqnoz
-
Ordubad və Naxçıvanda qaz olmayacaq
-
Prokuror olmaq istəyənlərin diqqətinə
-
Daha bir ölkəyə vizasız səyahət etmək olacaq
-
Ombudsmanın maaşı 12 min manata qaldırılır - Qərar
-
Növbəti köç karvanı Cəbrayıla çatdı - (Yenilənib)
-
Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı
-
Dubaydan Təl-Əvivə uçan təyyarə Səudiyyə Ərəbistanına endi - (Yenilənib/Foto)
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Subaylara dövlət dəstəyi ilə sevgili tapılacaq - Bu ölkədə
-
Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarıldı
-
12 ildən sonra ABŞ qoşunları İraqdan çıxdı
-
Bakıda qutabı 75 manata satırdı - İş adamının Rusiyadakı biznesi üzə çıxdı
-
Samirə Yusifqızı: “Fərəh söyüş söyübsə, mənim nə günahım var?”
-
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
-
BDYPİ-dən sürücülərə çağırış





