Maraqlı

Melinda Bill Qeytsi hər yerdə izlətdirib

9 İyun 2021 19:54
Baxış: 855

Bill və Melinda Qeyts ötən ay boşandıqlarını elan edəndən sonra milyarderin reputasiyası aşağı düşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ingilis mediası cütlüyün ayrılma səbəbləri ilə bağlı məlumatlar yaymağa davam edir. Melindanın "Microsoft"un rəhbəri olan ərinin seks təcavüzdə adı hallanan Ceffri Epşteynlə münasibətindən xəbərdar olduğu iddia edilib. O, hər zaman Ceffrini dəstəkləyib.

"Vanity Fair" portalı Melindanın dedektiv tutaraq ərini izlətdirdiyini yazıb. Bildirilib ki, Bill tez-tez maşınların dəyişib. Buna səbəb isə arvadının gözündən yayınmaq olub. "Bəzən Qeyts işə qara maşınla gəlib, qızılı rəngdə "Porsche" ilə gedirdi. Düşünürük ki, bunlar onun başqa qadınlarla vaxt keçirdiyi ərəfədə yaşanıb" deyə, mənbə yazıb.

Melinda ərini güddüyünü inkar edib. O bildirib ki, nə evli olduqları, nə də ayrıldıqları ərəfədə belə addım atıb.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.