Yeni Toyota Land Cruiser 300 modelinin interyer şəkilləri peyda olub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Toyota şikətinin susmasından istifadə edən casuslar yapon markasının mətbuat xidmətinin vəzifəsini icra etməyə başlayıblar. Bir müddət bundan öncə, onlar avtomobilin platforması, mühərrik çeşidi, ölçüləri barədə məlumatı əldə edərək ictimayyətlə bölüşüblər. Casusların müdaxilə edə bilmədiyi yeganə sahə ofrouderin interyeri idi ki, bu çatışmamazlıq da bu gün aradan qaldırılıb.
Milli.Az autograph.az-a istinadən bildirir ki, 300.lc adlı Instagram hesabı yeni ofrouderin salonunun bir hissəsi əks olunan şəkilləri dərc edib. Dərc olunmuş şəkillərdə yeni multifunksiyalı sükan çarxı, multimedia sisteminin iri ölçülü planşet-ekranı (ekranın 12-düymlük diaqonala malik olacağı ehtimallar arasındadır) nümayiş olunur. Displeyin altında havalandırma sisteminin deflektorları, habelə klimat-kontrolun və oturacaqların üç səviyyəli qızıdırılmasının idarəetmə bloku yerləşir.
Bir qədər aşağıda multimedia sisteminin düymələri və disk üçün giriş quraşdırılıb. Mərkəzi tuneldə isə smarfonların simsiz doldurulması meydançası, transmissiyanın dəstəyi və hərəkət rejimlərinin gümüşü şaybası yer alır. Arxa sərnişinlər üçün də fərdi ekranlar nəzərdə tutulub - onlar ön oturacaqların arxa hissəsinə bərkidilirlər.
Dərc edilmiş yeni şəkillərdə yeni Land Cruiser 300 modelinin cihazlar paneli görünməsə də, əvvəlki təsvirlərdə ofrouderin mərkəzində rəngli displeyi olan ənənəvi cihazlar panelini alacağı göstərilirdi.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - (Foto)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)





