Maraqlı

Tərəvəz ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır

30 May 2021 05:06
Baxış: 2 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Edit Kouen Universiteti (ECU) tərəfindən aparılan yeni araşdırma göstərib ki, gündə bir fincan nitratla zəngin tərəvəz yeməklə ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaltmaq olar.

Araşdırma üçün Danimarkada yaşayan 50 mindən çox insanın məlumatlarından istifadə edilib. Onlar üzərində 20 ildən çox müddət ərzində müşahidələr aparılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlər nitratla zəngin tərəvəz yeyən insanlarda sistolik qan təzyiqinin təxminən 2,5 mm civə sütununa düşdüyünü aşkar ediblər.

Aparıcı müəllif, ECU Qidalanma Tədqiqat İnstitutundan doktor Ketrin Bondonno, pəhrizin ürək xəstəliklərinin qarşısının alınması üçün müəyyən edən amil olduğunu qeyd edib. "Bizim nəticələrimiz göstərib ki, gündə sadəcə bir fincan nitratla zəngin çiy tərəvəz yeyərək, insanlar ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər", - deyə Ketrin Bondonno vurğulayıb. "Ən böyük risk azalması periferik arteriya xəstəliyi ilə əlaqədar idi (26 faiz)".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.