Maraqlı

“IFA 2021” sərgisi pandemiyaya görə təxirə salınıb

27 May 2021 20:50
Baxış: 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İllik "IFA" elektronika sərgisinin təşkilatçıları tərəfindən tədbirin 2021-ci ildə keçirilməsinin ləğv olunması açıqlanıb. Bununla bağlı qərarın qəbul edilməsinə səbəb kimi davam edən koronavirus pandemiyası və qlobal vaksinasiya proqramlarının həyata keçirilməsi templərində qeyri-müəyyənlik göstərilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bundan başqa, sərginin keçirildiyi "Messe Berlin" Ekspo Mərkəzi hazırda qismən vaksinasiya və təxirəsalınmaz tibbi yardım məntəqəsi kimi istifadə olunur. Həmçinin Almaniyada yoluxma səviyyəsi yüksək olaraq qalır və onun nə vaxtadək davam edəcəyi naməlumdur.

"Tərəfimizdən bu qərar birmənalı qarşılanmayıb. Çünki "IFA Berlin" həm brendlər, həm də pərakəndə satıcılar üçün ilin ən vacib hadisəsidir. Sərgi sahə üzrə istehsalçıları, KİV-i və real istehlakçıları birləşdirir", - mərkəzin baş direktoru Martin Ekinq qeyd edib.

"IFA" təşkilatçıları sərginin növbəti ildə tam miqyasda keçiriləcəyinə əmin olaraq artıq onun planlaşdırılmasına başlayıblar. Tədbirin 2021-ci ildə onlayn rejimdə keçiriləcəyi ilə bağlı məlumat hələ ki verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.