Maraqlı

Hibrid dərman onkologiyanı müalicə etməyə imkan verəcək

20 May 2021 21:01
Baxış: 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Standart onkoloji terapiya metodu ilə onkologiyanın müalicəsi bədxassəli hüceyrələri məhv etməklə yanaşı, sağlam hüceyrələrə də zərər verir. Problemi həll etmək üçün rus alimləri xərçəng hüceyrələrinin "enerji stansiyalarında" - mitoxondriyada seçici şəkildə toplana bilən kimyəvi "çarpaz əlaqəli" maddələr hazırlayıb. Lipofilik kation (mitoxondriya hədəfli antioksidantlar sinfi) maddəni hüceyrələrə daşıyır və funksional olaraq aktiv komponent olan betulin turşusu, onların ölümünə səbəb olur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, dərmanın yalnız bədxassəli hüceyrələrə təsir göstərəcəyi, gələcəkdə onkoloji xəstəlikləri ciddi yan təsirlər olmadan müalicə etməyə imkan verəcəyi ehtimal edilir. Ən çox istifadə edilən xərçəng müalicələrindən biri də kimyəvi terapiyadır. Xəstəyə şiş hüceyrələrinin böyüməsini və bədəndə yayılmasını dayandıran dərman vurulur. Bununla birlikdə, kimyəvi terapiyanın əhəmiyyətli çatışmazlığı var: yalnız xərçəng hüceyrələrini deyil, sağlam hüceyrələrə də mənfi təsir göstərir. Nəticədə qaraciyər, böyrək və ürək daxil olmaqla, insanın daxili orqanlarının işində ciddi ziyan və fəsada səbəb olur. Buna görə alimlər yan təsirləri minimuma endirəcək dərmanlar axtarır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.