Maraqlı

Yatmış qadın özü də bilmədən uşaq dünyaya gətirib

18 May 2021 08:18
Baxış: 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"TikTok" istifadəçisi Emi Danbar başına gələn qeyri-adi əhvalatı istifadəçilərlə bölüşüb.

Xanım bildirib ki, 12 saatlıq doğum sancılarından sonra ona dərman vurulub. Artıq ağrılarını hiss etməyən qadın yuxuya gedib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bir müddət sonra palataya daxil olan tibb bacısı xanımı oyadıb və uşağın ürək döyüntülərini eşitmədiyini bildirib. Qadın yatağında yan tərəfə çevrilərkən körpənin artıq dünyaya gəldiyini və çarpayıda olduğunu görüb. Beləliklə də, yatmış ananın qızı özünün də xəbəri olmadan doğulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.