Maraqlı

Logo yaratmaq üçün 5 ən yaxşı sayt

13 May 2021 21:55
Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəziləri biznesə başlamamışdan əvvəl logo və saytları üzərində həddindən artıq çox işləyirlər, mükəmməl görünüş yaratmağa çalışırlar. Hətta düşünürlər ki, logonun hər detalı insanların fikrinə təsir edib, onları alışa yönləndirə bilər. Hesab edirəm ki, bu tamamilə yalnış fikirdir. Əlbəttə ki, müştəri sayta daxil olduqda onu birinci saytın dizaynı və logo qarşılayır. Amma məhz onların cəlbedici olması sizin satışlarınıza çətin ki, təsir etsin. Müştərini əsasən qiymət, məhsulun keyfiyyəti, müştəri xidməti maraqlandırır. Beləliklə, logo sizin biznesinizin əsas, həlledici hissəsi olmadığına görə ona çox vaxt sərf etmək də lazım deyil. Buna görə bu dəfə sizə logo yaratmaq üçün lazım olan 5 ən yaxşı sayt barədə danışacağam.

Canva

Milli.Az ted.az-a istinadən bildirir ki, Canva biznes logosu düzəltmək üçün yaxşı bir alətdir və ən məşhur saytlardan biridir. Bu saytda işləmək üçün sizin daha öncə dizayn təcrübənizin olması vacib deyil. Bu alətin minlərlə şablonu və çox sadə interfeysi var. Logonu özünüz yaratdıqdan sonra onu daha peşəkar birinə verib, redaktə elətdirə bilərsiniz. Bir çox funksiyaları pulsuz olsa da saytdakı əksər şəkillər premiumdur. Bir şəklin qiyməti təqribən 1$-a başa gəlir. Premium versiyasını pulsuz əldə etməyin yolunu isə öz instagram səhifəmdə paylaşımlarımın birində izah eləmişəm.

Logojoy

Looka logo yaradan saytdır. Buradakı stillər biznes üçün ən uyğun olan dizaynı verməyə imkan yaradır. Logonu dizayn etmək üçün biznesinizin adını qeyd edirsiz, sonra biznes sahəsini seçirsiz. Bundan sonra istədiyiniz şablonu, rəngləri və işarələri seçəcəksiniz. Looka bütün seçimlərinizi nəzərə alıb, sizin üçün avtomatik olaraq bir logo dizayn edəcək.

Ucraft

Pulsuz logo yaradan bir alət olan Ucraft 10 dəq-dən də az müddətdə sizin üçün logonuzu hazır edə bilər. Bu saytda da çox sayda ikonlar, fontlar, şablonlar mövcuddur. Logonu yaratmaq üçün siz sadəcə qeydiyyatdan keçməli olacaqsız.

Tailor Brands

Tailor Brands Looka kimi işləyir. Burada logo yaratmaq üçün sizin brendiniz barədə bir neçə sual çıxacaq. Verdiyiniz cavabların əsasında sayt sizə ən yaxşı logonu təqdim etməyə çalışacaq.

Creative Market

Seçdiyim sonuncu Logo yaradan sayt Creative Market-dir. Bu sayt sizə yüksək keyfiyyətli logo şablonları təqdim edir ki, Photoshop-da həmin şablonlar üzərində işləyərək istədiyiniz logonu ortaya çıxarda biləsiniz.

Yuxarıda qeyd etdiyim kimi bəzi insanlar logo-ya həddindən artıq çox önəm verib, hətta onun üzərində bir ay işləyə bilərlər. Bəziləri isə Logo məsələsinə həddən artıq soyuq yanaşır, mənasız hesab edir və ya onu digər şirkətlərdən kopyalamağa çalışır. Mən hesab edirəm ki, kiçik də olsa online biznes varsa, onun mütləq logosu olmalıdır. Kopyalamaq ideyası da kökündən yalnış bir addımdır. Bir logo bir şirkət üçün uğurlu, sizin biznesiniz üçün isə tamamilə uğursuz ola bilər. Digər tərəfdən, oğurluq insanlar tərəfindən birmənalı olaraq yaxşı qarşılanmır, plagiat adlandırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.