Maraqlı

“Twitter”in yeni funksiyası: Artıq hesablardan “bəxşiş” almaq da mümkün olacaq

8 May 2021 08:47
Baxış: 1 204
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Twitter" mikrobloq xidməti istifadəçilər üçün "bəxşiş" almaq və göndərmək funksiyasını işə salıb.

Bu barədə şirkətin məhsul meneceri Ester Crouford öz bloqunda xəbər yayıb.

"Biz istəyirik ki, qarşılıqlı dəstəyiniz "bəyənmə", "retweet" və "follower"lərlə yanaşı daha asan olsun. Bu gün "Tip Jar"ı ("bəxşiş bankı") - "bəxşiş" almanın və göndərmənin yeni üsulunu təqdim edirik", - deyə o, bildirib.

Artıq istifadəçilər pul köçürməyin mümkün olduğu xidmətlər və tətbiqlərin siyahısını öz "Twitter" hesablarına bağlaya bilər.

İanə almaq istəməyən istifadəşilər isə sadəcə bu funksiyanı bağlaya bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.