Maraqlı

68 il evli olan cütlük 72 saat fərqlə öldü - FOTO

7 May 2021 18:54
Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

68 il evli olan Brenda və Terrens Stadd cütlüyü cəmi 72 saat fərqlə vəfat ediblər.

Milli.Az big.az-a istinadən xəbər verir ki, bu barədə "Mirror" yazır.

Belə ki, Brenda koronavirus səbəbindən yaranan sepsisdən sentyabrın 27-də dünyasını dəyişib.

Onun ölümündən sonra bir kəlmə də danışmayan Terrens sentyabrın 30-da mədəaltı vəzi xərçəngindən ölüb.

Qeyd olunur ki, ölüm anında o, əlində xanımının əlinin heykəlini tutaraq ağlayıb.

Kişi və qadının hər ikisi 83 yaşında vəfat ediblər.

Yaşlı cütlüyün qızı Culi Makkluninin sözlərinə görə, atası anasının ölümündən sonra çox sınıxşmışdı və artıq xəstəliyi ilə mübarizə aparmaqdan imtina etmişdi.

"Onlar rəqs, restoran, opera və loto kimi sadə şeylərdən sevinir və özlərini xoşbəxt hiss edirdilər. Bir-birlərini çox sevirdilər".

Brenda və Terrens 1953-cü ildə, 15 yaşında olarkən tanış olublar. Cəmi bir il sonra ailə quran cütlük bir gün də ayrı qalmayıb.

Brenda çox cazibədar qadın olub və tez-tez gözəllik müsabiqələrində iştirak edib. Onun həyat yoldaşı avtomexanik işləyib.

1970-ci ildə Brendaya "dağınıq skleroz" diaqnozu qoyulub və Terrens müalicə dövründə onun qayğısına qalıb.

Noyabrın 5-də Stadd cütlüyünün birgə dəfn mərasimi keçirilib. Onların cəsədləri yandırılıb, külləri qarışdırılıb və Skeqnesdə dincəlməyi sevdikləri yerdə havaya sovrulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.