Maraqlı

Baş nazir illər sonra qızının atasına ərə gedir - FOTO

5 May 2021 16:31
Baxış: 1 852
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern nişanlısı, teleaparıcı Klark Qeyfordla ailə qurmağa hazırlaşır.

40 yaşlı hökumət rəhbəri radio proqramlarından birinə açıqlamasında yaz mövsümündə (dekabr-fevral arasında) cənub yarımkürəsində yerləşən ölkələrdən birində evlənəcəyini bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər evrir ki, "özümü parti verə bilməyəcək qədər yaşlı hiss edirəm", - deyən Ardern əvəzində kiçik bir məclis təşkil edəcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, 5 milyona yaxın əhalisi olan Yeni Zelandiya epidemiyaya qarşı sınaqdan ən yaxşı çıxmış ölkələrdən (2629 yoluxma, 26 ölüm) biridir. Belə ki, dünyanın bir çox ölkəsi yeni mutasiyalarla mübarizə apararkən, Yeni Zelandiyada xəstələrin sayı demək olar ki, sıfırlanıb. Ölkədəki insanlar maskasız küçələrdədir və həyat normala dönüb. Bu sahədə Baş nazirin rolu danılmazdır. Hətta, o, koronavirus təhlükəsinə operativ reaksiya verdiyinə görə "Financial Times" beynəlxalq biznes qəzetinin hazırladığı "2020-ci ilin ən nüfuzlu qadınları"nın siyahısına rəhbərlik edib.

Xatırladaq ki, Baş nazir C. Ardernin 2013-cü ildən münasibətdə olduğu K. Qeyforddan 2018-ci ilin iyununda Niv adlı qızı dünyaya gəlib. Cütlük 2019-cu ildə nişanlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.