Maraqlı

Bağırsaq spazmı haqqında bilmədikləriniz

8 May 2021 08:55
Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bağırsaq spazmı sərbəst nozoloji vahid olmayıb, MBT-nin funksional pozğunluğunun əlaməti kimi formalaşır. Qastroenterologiya sahəsinin aparıcı mütəxəssisləri həzm traktının bu cür fəaliyyət pozğunluqlarının  gələcəkdə üzvi patologiyaya transformasiya edə biləcək premorbid vəziyyət və yaxud sadəcə əlamət olması barədə yekdil fikrə gələ bilməmişlər. Hər bir halda bağırsaq spazmına ciddi yanaşılmalıdır. Onun yaranma səbəbini vaxtında təyin etməklə mədə-bağırsaq sisteminin ciddi xəstəliklərinin qarşısını almaq mümkündür. Bağırsaq spazmı üçün tutmaşəkilli ağrılar xarakterikdir. Onlar bağırsaq motorikasının müxtəlif mexanizmlərinin pozulması ilə əlaqədar yaranırlar. Daxili orqanların digər patologiyaları ilə bağlı olmayan, vaxtaşırı təkrarlanan bağırsaq sancılarında uzun müddət sakitləşdirici preparatlar qəbul edilməli, qida rasionundan qızardılmış, kəskin, yağlı, hisə verilmiş məhsullar, qazlı içkilər, mayalı xəmirdən hazırlanmış məmulatlar və bəzi tərəvəzlər (paxlalı bitkilər, kələm, qarğıdalı, turp) çıxarılmalıdır. Proqnoz adətən qənaətbəxş olur. Yalnız kəskin cərrahi patologiyalar zamanı təhlükəli hallar yarana bilər. Bağırsaq spazmının profilaktik tədbirlərinə bu əlamətlə təzahür edən xəstəliklərin erkən diaqnostika və müalicəsi aiddir. Bağırsaq sancısının qarşısını almaq üçün sağlam həyat tərzi, rasional qidalanma, stress hallarının uzaqlaşdırılması məsləhət görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.