Maraqlı

“Samsung” şirkəti köhnə smartfonları “ağıllı” ev qurğularına çevirəcək

24 Aprel 2021 19:15
Baxış: 768
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Samsung Electronics" şirkəti tərəfindən elan edilən "Galaxy Upcycling at Home" təşəbbüsü çərçivəsində bu brendin köhnə smartfonları "Əşyalar interneti"ndə istifadə məqsədilə uyğunlaşdırıla bilər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, hələ ki smartfonlar üçün iki istifadə variantı işlənib hazırlanıb. Məsələn, qapının döyülməsini və ya körpənin ağlamasını eşidən qurğu istifadəçinin aparatına xəbərdarlıq göndərə bilər. Yaxud işığın avtomatik idarə edilməsi üçün cihazdan işıqlandırma sensoru kimi istifadə edilə bilər. Smartfon və "ağıllı" əşyalar "Samsung SmartThings" ekosisteminə qoşulacaq.

Proqram yalnız 2019-cu ildə təqdim edilmiş "Galaxy S", "Note" və "Z" seriyalarının smartfonlarını dəstəkləyir. Şirkətdən bildirilib ki, "Galaxy Upcycling at Home" təşəbbüsü telefonun akkumulyatorunun uzunmüddətli işi üçün optimallaşdırılıb.

Xidmətin beta-versiyası ABŞ, Böyük Britaniya və Cənubi Koreyada işləyir, daha sonra proqram digər ölkələrdə əlçatan olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.