Yenilənmiş Seat Ibıza və Arona modelləri debüt edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Seat Ibiza və Arona modelləri 2017-ci ildə bir neçə ay aralıqla debüt ediblər. Bununla birlikdə, hər iki modelin yenilənməsi eyni vaxtda keçirilib: şirkət krossoverin restaylinqini təxirə salmamaq qərarına gəlib, çünki Avropada əsas tələbat məhz bu cütlüyədir. Keçən il Köhnə Dünayada İbiza 63 min, Arona isə 81 min nüsxə ilə satılıb. Qeyd etmək lazımdır ki, krossoverin yenilənməsi proqramı daha geniş olub.
Məsələn, Seat Ibiza hetçbeki zahiri cəhətdən demək olar ki, dəyişməyib. Hətta, radiator barmaqlığının naxışı visual olaraq əvvəlkindən fərqlənmir. Ancaq Seat Arona krossoveri dəyişdirilmiş bamperləri alıb və buna görə də onu yenilənmədən əvvəlki avtomobildən ayırmaq daha asandır. Hər iki model yeni təkər diskləri çeşidinə sahib olub, arxadakı adlar isə "əl ilə" (digər Seat modelləri kimi) yazılıb və gündüz hərəkət işıqlarının çərçivəsi olan LED fənərlər artıq standart təchizata daxildirlər.
Bundan başqa, "zəngin" Xcellence komplektasiyasının əvəzinə müvafiq ziddiyyətli dekora sahib olan Xperience "off-road" versiyası təklif edilir. Ən əsası isə, belə krossover üçün başqa ön bamper (əlavə ödəniş qarşılığında) təklif olunur. Bu bamperin dairəvi duman fənərlər alt hissədən, Cupra Formentor modelində olduğu kimi, genişlənmiş radiator barmaqlığına yaxınlaşdırılıb. İddialara görə, belə Arona modeli daha brutal görünür.
Havalandırma sisteminin mərkəzi deflektorları yerlərini media sisteminin ekranı ilə dəyişdiriblər: indi bu ekran ön panelə bərkidilmiş ayrıca "planşet" şəklindədir. Konfiqurasiyadan asılı olaraq, diaqonalı 8.25 və ya 9.2 düym olan sensorlu ekranları təklif edilirlər. Bundan başqa, modellərin təchizatına daxil edilmiş səslə idarəetmə funksiyası "Hola hola" ifadəsi ilə aktivləşdirilir. Seçimlər arasında virtual cihazlar paneli də var: Volkswagen konserninə daxil olan markalar üçün ümumi olan 10.25-düymlük panel özünəməxsus qrafikaya malikdir.
Köməkçi elektronika da təkmilləşdirilib. Yeni Travel Assist paketi adaptiv kruiz-kontrolu, avtomatik əyləcləri və zolaqda saxlama funksiyasını, habelə və yol nişanının tanınmasını ehtiva edir. Bu sahədə də Arona modeli üstünlüyə malikdir: avtomatik parklama sistemi yalnız krossoverə qismət olub.
Milli.Az autograph.az-a istinadən bildirir ki, İbiza və Arona əvvəllər də eyni interyerə sahib idilər. Yenilənmə zamanı dizayerlər parlaq elementləri əlavə edərək əvvəlki ciddi interyeri bir qədər "şənləndiriblər". Məlum məsələdir ki, tərtibat materiallarının keyfiyyəti də artırılıb. Məsələn, yan havalandırma deflektorları artıq yuvarlaq formaya (düzbucaqlının əvəzinə) malikdirlər və əlavə ödənişlə kontur işıqlandırmasını sifariş etmək olar.
Keçən il Ibiza və Arona modellərinin mühərrik çeşidi ciddi şəkildə yenilənib. Dizel mühərrikləri çeşiddən çıxarılıblar. Buna görə də mövcud modernizasiya texniki hissəyə təsir etməyib. Seat Ibiza hetçbekinin baza veriyası 80 at qüvvəli 1.0-litrlik atmosfer mühərriki və beş pilləli mexaniki ötürmələr qutusu ilə təchiz olunur, lakin bu tandem Arona krossoveri üçün nəzərdə tutulmayıb. Hər iki modelin digər güc aqreqatları ümumidir.
95 at qüvvəli 1.0-litrlik turbomühərrik beş pilləli mexaniki transmissiya, 110 at qüvvəli variant isə altı pilləli mexaniki ötürmələr qutusu və ya yeddi pilləli DSG "robotu" ilə təchiz edilir. Qazla işləyən 90 at qüvvəli 1.0-litrlik TGI mühərriki olan avtomobillər yalnız mexaniki transmissiya ilə təklif edilirlər. Çeşidin zirvəsində DSG "robotu" ilə tandemdə çalışan 150 at qüvvəli 1,5-litrlik dördsilindrli turbomühərrik yerləşir. Ötürmə, əvvəlki kimi, yalnız ön oxadır.
Yenilənmiş Seat Ibiza və Seat Arona modellərinin Avropa bazarındakı satışlarına yayda başlanacaqdır. Seat markası bir neçə il bundan əvvəl Azərbaycan bazarını tərk edib. Görünən odur ki, ispanların bizim bazara qayıtmaq planları yoxdur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
XƏBƏR LENTİ
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)





