Maraqlı

MSI Modern 14 B11 noutbukları təqdim olunub

20 Aprel 2021 20:20
Baxış: 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"MSI" şirkəti 1920 × 1080 pikselli (Full HD formatı) 14 düymlük displeylə təchiz edilən yeni "Modern 14 B11" portativ kompüterlərinin satışına başlayır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, qurğunun əsasını "Intel Tiger Lake" aparat platforması təşkil edir. Maksimal konfiqurasiyaya 8 təlimat axını emalı imkanına malik 4 hesablama nüvəsini birləşdirən "Core i7-1165G7" prosessoru daxildir. Maksimal takt tezliyi 4,7 giqahersə bərabərdir.

"DDR4" operativ yaddaş tutumu 16 giqabayt, "M.2" formatlı "NVMe" bərkcisimli toplayıcısının tutumu 1 terabayt təşkil edir. Həmçinin "microSD" yaddaş kartı üçün slot nəzərdə tutulub.

Simsiz rabitə imkanına "Wi-Fi 6 AX201" və "Bluetooth 5.1" kontrollerləri cavabdehlik daşıyır. "Windows 10 Pro" əməliyyat sistemi tətbiq edilib.

Qabaritlər 319 × 219 × 16,9 millimetr, çəki 1,3 kiloqram təşkil edir. Akkumulyator batareyasını bir dəfə tam enerji ilə doldurmaqla 8 saat avtonom işləmək mümkündür.

Mövcud interfeyslər dəstinə "USB 3.2 Gen.2 Type-C", "USB 3.2 Gen.1 Type-A", "HDMI" portları, eləcə də qulaqcıq üçün standart çıxış daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.