Maraqlı

Hələ dünyaya gəlməmiş körpə iki nəfərin ölümünə səbəb oldu

3 Aprel 2021 08:38
Baxış: 1 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meksikada hələ dünyaya gəlməmiş körpənin cinsinin elan olunması mərasimində faciə baş verib.

"The Washington Post" nəşrinin məlumatına görə, hadisə Kankun bölgəsində baş verib.

Mərasimin təşkilatçıları tərəfindən kirayələnən kiçiktutumlu təyyarə suya düşüb. İnsident nəticəsində pilot və onun köməkçisi həlak olub.

Qeyd edək ki, təyyarə mərasim iştirakçılarının başı üzərindən uçaraq, çərhayı rəngdə toz buraxmaqla dünyaya gələcək körpənin qız olacağını xəbər verib. Lakin bundan dərhal sonra o, məlum olmayan səbəbdən suya düşüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.