Maraqlı

"Virgin Galactic" yeni kosmik təyyarəsini təqdim edib

4 Aprel 2021 21:10
Baxış: 616
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngilis milyarderi Riçard Brensonun "Virgin Galactic" şirkəti yeni "Imagine" (SpaceShip III seriyası) kosmik təyyarəsinin təqdimatını keçirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni kosmik apparat istismar baxımından uçuş tezliklərinə görə əvvəlki modellərdən daha mükəmməldir. Şirkət əməkdaşlarının yaxın gələcəkdə "Imagine" təyyarəsinin sınaqlarına başlayacağı gözlənilir və o, bu yay Nyu Meksiko ştatının ərazisindən havaya qaldırımalıdır. "Virgin Galactic" hazırda bu seriyanın "İnspire" adlı ikinci kosmik gəmisi üzərində də işləri davam etdirir.

Xatırladaq ki, "Virgin Galactic" tərəfindən hazırlanan kosmik təyyarələri müntəzəm turizm suborbital uçuşlar üçün nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.