Maraqlı

Bu səbədən kinodan uzaqlaşıb

26 Mart 2021 10:29
Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Karyerasına 13 yaşında başlayan Hollivud ulduzu Cessika Alba ilk dəfə kinonu niyə tərk etməsinin səbəbini açıqlayıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa "People" nəşrinə müsahibəsində danışıb:

"Anam çox gənc yaşda xərçəng xəstəsi olub. Ailəmdəki əksər qadınlar müxtəlif növ xərçəng xəstəliyindən əziyyət çəkiblər. Onların heç biri genetik deyildi. Uşaqlıqda xroniki alerrgiyam vardı və tez-tez xəstəxanalıq olurdum. 11 yaşıma qədər 5 dəfə əməliyyat olundum. Ana olduqdan bir müddət sonra anladım ki, dünyaya gətirdiyim bu kiçik adamla yaşamaq, inkişaf etmək və mümkün qədər ona çox vaxt sərf etmək istəyirəm. Dərk etdim ki, sağlamlıq vacibdir. Mən istəyirdim ki, mənim uşalarım da sağlam olsun. Xəstə olduğunuz zaman xoşbəxt olmaq çox çətindir. Bu səbəbdən də çəkilişlərdən imtina etdim".

Qeyd edək ki, Keş Uorrenlə ailəli olan Cessika Albanın 3 övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.