"Tesla"ın rəhbəri İlon Maskın şirkətinin istehsal etdiyi elektrik avtomobillər almaq üçün "Bitkoin"dən istifadə edilə biləcəyini dediyindən sonra kriptovalyutanın qiyməti bahalaşıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, İ.Mask öz "Tvitter" səhifəsində yazıb ki, indi "Tesla" avtomobillərini bitkoinlə almaq mümkündür. O əlavə edib ki, "bu ilin sonunda" ABŞ xaricində olanlar da bunu edə biləcəklər.
Məlumata əsasən, "Bitcoin"in qiyməti saat 17:54 üçün 4,3 fazi artaraq 56,689 min dollara yüksəldi.
Milli.Az