Android əməliyyat sisteminin on ikinci versiyasında "Android 12 Developer Preview 2" adlı yeni funksiya istifadəyə verilib. Bu, bildiriş panelini tez bir zamanda göstərməyə imkan verən funksiyadır. Jesti görmək üçün öncə "Gestures" menyusunda aktiv olduğundan əmin olmalısınız. Daha sonar ardıcıl olaraq "Parametrlər"ə, "Sistem"ə və "Gestures" daxil olun.
Milli.Az ted.az-a istinadən bildirir ki, bu funksiya Google Pixel 5 smartfonunda daha yaxşı işləyir.
Pixel 4-də hələ belə bir menyu yoxdur. Qeyd edək ki, jest "Android 12 Developer Preview 2"də də çıxan yeni əllə idarəetmə rejiminə müdaxilə edilib. Hər iki funksiya eyni jest tərəfindən işə salındığı zaman eyni anda işləyə və işlədilə bilməz. Növbəti bir neçə ay ərzində (Android 12-nin son versiyası sentyabrın əvvəlində buraxıla bilər), proqramçıların bu problemi həll edəcəkləri gözlənilir.
Milli.Az