Maraqlı

Ermənistanda PUA-larla qonşu ölkələrin ərazisinin görüntülərini çəkmək qadağan edilib

25 Mart 2021 08:21
Baxış: 838
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda sərhədyanı bölgədən qonşu ölkələrin ərazisinin şəklini və videosunu çəkmək qadağan edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Ermənistan hökuməti martın 18-də "Dövlət sərhədi haqqında" və "İnzibati qanun pozuntuları haqqında" qanunlara dəyişiklik layihəsini təsdiqləyib.

Bu qanunların dəyişdirilməsi təklifi ilə Milli Təhlükəsizlik Xidməti çıxış edib və sərhədyanı ərazilərdə video çəkilişlərinin aparılmasının məhdudlaşdırılmasını nəzərdə tutur.

Dəyişikliklərlə sərhəddə pilotsuz uçan aparatlardan (PUA) icazəsiz istifadə, foto və video çəkilişlərə görə 100 min dram (təqribən 190 dollar) cərimə nəzərdə tutulub. Bu cür çəkilişlər üçün xüsusi icazə tələb olunacaq.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin çəkilişləri məhdudlaşdırmaq planları barədə məlumatlar hələ İkinci Qarabağ müharibəsindən öncə yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.