Maraqlı

Şanxayda parça displey hazırlanıb

18 Mart 2021 21:40
Baxış: 595
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şanxaydan olan alimlər komandası tərəfindən hazırlanmış parçadan displey kimi istifadə etmək olar. Bu, Fudan Universitetinin mütəxəssislərinin araşdırmaları nəticəsində mümkün olub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, layihənin rəhbəri Pen Hueyşenin sözlərinə görə, müvafiq material öz funksionallığına görə kompüter və ya smartfonu xatırladır. Onu rabitə texnologiyalarında istifadə etmək mümkündür.

Alimlər laboratoriya şəraitində uzunluğu 6 metr və eni 25 sm olan parça displey hazırlamağa nail olublar. Layihə rəhbəri deyib ki, parça displeyi qatladıqda və ya uzatdıqda onun parlaqlığı sabit qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.