Maraqlı

“Top 15” ən təhlükəsiz kriptovalyuta birjaları

20 Mart 2021 19:10
Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kriptovalyuta bazarında qiymətlərin artması tendensiyası müşahidə olunmaqdadır və hazırda treyderlər, həvəskar investorlar rəqəmsal aktivlərin rahat, əlverlişli komissiya və daha təhlükəsiz ticarəti üçün kriptovalyuta birjasını seçməkdə çətinlik çəkirlər. Kifayət qədər riskli sektor olduğundan kriptovalyutaların ticarəti və saxlanması üçün düzgün birjanın seçilməsi önəmli faktordur. Milli.Az kriptoinvest.az-a istinadən bildirir ki, CryptoCompare analitik portalı CipherTrace, Global Digital Finance və Flipside Crypto ilə partnyorluq çərçivəsində kriptovalyuta birjalarının reytinqini tərtib edib. Reytinq üzrə birjalar qiymətləndirilərkən 7 əsas kriteriya nəzərə alınıb:

KYC standartlarının tətbiqi - 15%
Hüquqi tənzimləmə - 15%
Məlumatların təhlükəsizliyi - 15%
Birjanın komandası - 15%
Sistem təhlükəsizliyi - 15%
Birjanın likvidliyi - 20%
Ticarət olunan aktivlərin müxtəlifliyi - 5%

Araşdırmada 100-dən çox kriptovalyuta birjasının məlumatları nəzərə alınıb və ən yüksək nəticəni ABŞ-ın Coinbase birjası əldə edib. Coinbase ümumilikdə 100 baldan 85.31 bal ilə bütün rəqiblərini üstələyib. Birjanın təhlükəsizlik sistemi 15 maksimum baldan 15-ni yığıb. Gemini birjası 82,87 bal ilə 2-ci, Bitstam isə 80.54 bal ilə 3-cü yerdə qərarlaşıb. Maraqlı faktor odur ki, dövriyyəsinə və ticarət olunan valyuta çütlüklərinin sayına görə dünyanın ən iri kriptovalyuta birjası olan Binance reytinqdə 13-ü yeri tutub.

Coinbase - 85.31 bal / ABŞ
Gemini - 82.87 bal / ABŞ
Bitstamp - 80.54 / İngiltərə
Kraken - 75.86 / ABŞ
itBit - 75.6 / ABŞ
Luno - 75.38 / Sinqapur
Cex.io - 74.63 / İngiltərə
Liquid - 73.76 / Yaponiya
LMAX Digital - 73.11 / İngiltərə
Bitfinex - 71.57 / Britaniya Virgin Adaları
eToroX - 71.45 / Gibraltar
bitFlayer - 71.27 / Yaponiya-ABŞ
Binance - 70.25 / Malta
Currency.com 69.83 / Belarus
Bittrex - 69.82 / ABŞ

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.