Maraqlı

Bu il Apple-in keçirəcəyi ilk təqdimatın tarixi bilindi

15 Mart 2021 23:20
Baxış: 732
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Apple" korporasiyası yeni məhsullarını təqdim etmək üçün yazda böyük miqyaslı tədbir keçirməyə hazırlaşır. Bu haqda "Twitter" sosial şəbəkəsində nüfuzlu şəbəkə informatoru Con Prosser məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, virtual formatda olacaq təqdimatın keçirilməsi martın 23-nə planlaşdırılıb. Hələ ki "Apple" korporasiyası bu məlumatı təsdiq etməyib.

Təqdimatda "5G" dəstəyinə malik və "A14X Bionic" prosessoru ilə təchiz ediləcək "iPad Pro" planşetinin yeni versiyasının nümayiş etdiriləcəyi gözlənilir. Daha bir yenilik əşyaların izlənilməsi üçün nəzərdə tutulmuş "AirTags" cihazı ola bilər. Nəhayət, ABŞ şirkətinin üçüncü nəsil "AirPods" qulaqlıqlarını və "Apple TV" qurğusunu təqdim etməsi ehtimalı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.