Rusiyada tələbə qızlara hamiləlik dövrü üçün 2 800 manat veriləcək.
Milli.Az xəbər verir ki, Rusiyanın Tula vilayətində hamilə olan tələbə qızlara təxminən 2 800 manat (150 min rubl) məbləğində maddi yardım göstəriləcək.
Bu barədə "RİA Novosti" Tula vilayətinin Əmək və Sosial Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Yardımı almaq üçün qadının Rusiya vətəndaşı olması və Tula vilayətində daimi qeydiyyatda yaşaması tələb olunur. Vəsait yalnız hamiləlik üzrə qeydiyyata alınmış, texnikum, kollec və ya ali məktəbdə əyani formada təhsil alan qadınlara veriləcək. Müraciət zamanı hamiləliyin ən azı 12 həftəlik olması şərtdir.
Qeyd edək ki, 2026-cı il martın 1-dən Rusiyada hamilə qadınlar və hamiləlik nəticələri barədə məlumatların daxil ediləcəyi xüsusi reyestr fəaliyyətə başlayacaq. Bu layihə ölkədə demoqrafik siyasətin təkmilləşdirilməsi məqsədini daşıyır.
İsmayıl
Milli.Az





